Xorvatiya Çexiyadan cəmi 1 xal ala bildi - VİDEO

18 İyun 2021 22:10 Gündəm 568
Xorvatiya Çexiyadan cəmi 1 xal ala bildi - VİDEO

Avropa çempionatının D qrupunda II tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunda qələbə qazanan Çexiya millisi Xorvatiya yığması ilə qarşılaşıb. Ş

otlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda ilk qol 37-ci dəqiqədə vurulub. Penaltidən fərqlənən Patrik Şik çexiyalıları önə keçirib. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib.

Komandalar fasiləyə bu hesabla yollanıblar. Xorvatiya yığması ikinci yarının əvvəlindəcə tarazlığı bərpa edib. İvan Perişiç 47-ci dəqiqədə rəqibi məyus edib.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Çexiya millisi ilk pillədəki yerini qoruyub. Xorvatiya isə 1 xalla üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"