UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında bir neçə gündür gündəmi zəbt edən Avropa Superliqası da müzakirə olunub.
Sportinfo.az xəbər verir ki, iclasda sözügenən layihənin qurucusu ola 12 kluba sanksiya tətbiq edilməməsi qərara alınıb.
Aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” Superliqa təşkil etdiklərini açıqlamışdı.
Ancaq sözügedən lahiyə artıq iflasa uğrayıb və “Real”la “Barselona”dan başqa bütün klublarda turnirdən imtina ediblər.