“Bavariya”nın prezidenti Bakıya gəlmək istəmir: UEFA-ya mesaj verdi

21 Yanvar 2021 22:40 Gündəm 1 620
“Bavariya”nın prezidenti Bakıya gəlmək istəmir: UEFA-ya mesaj verdi

“Bavariya”nın prezidenti Karl-Haynz Rummeniqqe AVRO-2020-nin taleyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbol funksioneri turnirin bir ölkədə keçirilməsinin tərəfdarı olduğunu bildirib:

“Bilirəm ki, Aleksandr Çeferin COVİD-19 pandemiyasını ciddiyə alır. AVRO-2020-ni bir ölkədə keçirtməyi düşünməlidir.

Bu, bütün təhlükəsizlik tədbirlərinin görülməsi üçün əsas şərtlərdəndir. Gəlin unutmayaq ki, turnirin bir ölkədə keçirilməsini pandemiyadan qabaq da bir çox ölkələr istəyirdilər”.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"