Koronavirusun qarşısını ala biləcək dərman tapılıb

20 Yanvar 2021 16:50 Gündəm 1 286
Koronavirusun qarşısını ala biləcək dərman tapılıb

“İvermektin” adlı dərman vasitəsi koronavirusun insandan insana ötürülməsinin qarşısını ala, xəstəliyin əlamətlərini yüngülləşdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “EClinicalMedicine” jurnalında dərc olunmuş məqalədə məlumat verilib.

Avropa alimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, “İvermektin” yalnız xəstəlik əlamətlərinin meydana çıxmasından bir neçə gün sonra qəbul edildikdə təsirli ola bilər.

Sınaqlarda yüngül COVID-19 əlamətləri olan cəmi 24 nəfər iştirak edib. Dərman vasitəsinin effektivliyini sübut etmək üçün daha iri miqyaslı sınaqlara ehtiyac var.

Digər Xəbərlər
Xəbər Lenti