Yığmamızın iki üzvü xarici klubla müqavilə imzaladı

5 Noyabr 2019 00:38 Digər növlər 1 157
Yığmamızın iki üzvü xarici klubla müqavilə imzaladı

Qadınlardan ibarət voleybol millimizin sabiq üzvü Natalya Məmmədova karyerasını yenə ölkə xaricində davam etdirəcək. Sportinfo.az xəbər verir ki, hücumçu bu dəfə Çinə köçüb.

Belə ki, 35 yaşlı voleybolçu həmin ölkənin "Liaoninq" ilə anlaşıb. Məmmədovanın yeni komandası ilə müqavilə müddəti 2019-20 mövsümünün sonuna qədər nəzərdə tutulub. Beləliklə, Avropada Rusiya, Türkiyə, İtaliya, İspaniya kimi ölkələrdə çıxış etmiş Natalya bu dəfə Asiya qitəsinə köçüb.

Kişilərdən ibarət Azərbaycan yığmasının voleybolçusu Rəsul İbrahimov da legioner həyatı yaşayacaq. 31 yaşlı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi “AlSalam”la müqavilə imzalayıb. Onun da sözləşmə müddəti bir mövsümü əhatə edir.

Digər Xəbərlər
Xəbər Lenti