Yeni federasiya prezidenti "klubların sayının artırılması zəruridir" dedi - FOTOLAR

25 Dekabr 2021 01:00 Digər növlər 778
Yeni federasiya prezidenti "klubların sayının artırılması zəruridir" dedi - FOTOLAR

Azərbaycan Badminton Federasiyası (ABF) gələcək üçün hədəflərini müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, müvafiq qərar qurumun yeni prezidenti Taleh Ziyadovun sədrliyi ilə 2021-ci ilin yekun iclasında qəbul olunub.

İnteraktiv şəkildə keçirilən toplantıda federasiyanın rəsmi şəxsləri, məşqçi və idmançı heyəti iştirak edib. Onlar üxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

T.Ziyadov regionlarda badmintonun inkişafının qarşıdakı illər ərzində prioritet məsələlərdən olduğunu bildirərək, qızların bu idman növünə cəlb olunmalarının vacibliyini vurğulayıb.

Federasiya prezidenti 2022-ci ildə müxtəlif istiqamətlər üzrə komitələrin fəaliyyətinin genişləndiriləcəyini və cari ildə ölkənin 5 regionunda həyata keçirilən “Shuttle Time” proqramının Naxçıvan da daxil olmaqla, digər bölgələrdə də təşkil olunacağını qeyd edib.

T.Ziyadov badmintonun inkişafında klubların sayının artırılmasının zəruriliyini bildirib.

O, məşqçi və badmintonçuların baza məlumatlarının və il ərzində fəaliyyətini izləmək üçün xüsusi onlayn tətbiqin yaradılması istiqamətində çalışacaqlarını söyləyib.

Məşqçilərin ustalıq səviyyələrinin yüksəldilməsi üçün qısa və uzun müddətə tanınmış badminton mütəxəssislərin ölkəyə gətirilməsi, həvəskarlar arasında qapalı və açıq havada badminton yarışlarının keçirilməsi də növbəti il üçün fəaliyyət proqramına daxil olan məsələlərdəndir.

Digər Xəbərlər
Xəbər Lenti