“Mina olduğunu bildim, qışqırdım ki, gəlməyin” - VİDEO

3 Dekabr 2020 11:10 Bizimkilər 326
“Mina olduğunu bildim, qışqırdım ki, gəlməyin” - VİDEO

O, 13 yaşında çıxdığı Cəbrayılın hər qarışını elə uşaq vaxtı gördüyü kimi xatırlayır. Amma bilir ki, doğma eli viran qalıb.

Sportinfo.az xəbər verir ki, AzTV Vətən müharibəsinə könüllü gedən 3 bacının bir qardaşı, qazi Xalid Gülməmmədovun evində olub.

X. Gülməmmədov bildirir ki, yuxusunda Cəbrayılda bayraq yeri dəyişib: “İndiki vaxtımı görmüşəm orda. Suqovuşanda tapşırığa gedirdik. Qabaqda mən gedirdim.

Cığırın sağıyla qalxırdım. Sağ ayağım düşəndə yıxıldım Yıxılan zaman kəlmeyi şəhadətimi dedim, amma ölmədim.

Bildim ki, mina var, qışqırdım ki, gəlməyin. Özüm geri-geri çıxdım. Sonra yaxınlaşıb məni götürdülər. Əsas odur ki, zəfərdə mənim də xidmətim var”.

Digər Xəbərlər
Xəbər Lenti