Azərbaycandakı Türkiyə hərbçilərinin mandatı daha 1 il uzadıldı

11 Noyabr 2021 09:10 Bizimkilər 390
Azərbaycandakı Türkiyə hərbçilərinin mandatı daha 1 il uzadıldı

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.

Bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunub.

Keçirilən səsvermədən sonra layihə qəbul edilib.

Petisiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilib. Qanun layihəsində Azərbaycana göstərilən dəstək vurğulanaraq Türkiyənin regionda sülh və sabitliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslər göstərdiyi qeyd edilib.

Qarabağ Zəfərindən sonra imzalanan üçtərəfli bəyanata əsasən türk əsgəri Qarabağda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmətə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti