Milli Qəhrəmanın Qubadlıdakı məzar daşı bərpa edildi - FOTO

18 İyun 2021 12:10 Bizimkilər 574
Milli Qəhrəmanın Qubadlıdakı məzar daşı bərpa edildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyevin Qubadlı rayonundakı məzar daşı bərpa olunub.

Sportinfo.az xəbər verir ki, K.Mirzəyev 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.

1990-cı ildən Qubadlı Rayon Polis şöbəsində çalışıb. Polis baş leytenantı rütbəsini daşıyıb. 1 oktyabr 1992-ci ildə Laçın rayonunun Mazutlu kəndi yaxınlığında gedən döyüşdə 72 nəfər döyüş yoldaşını mühasirədən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.

Milli Qəhrəman doğulduğu Xanlıq kəndində dəfn olunub.



Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!