Avrokuboklarda ikinci təkrar - klublarımızdan

30 May 2021 14:00 Azərbaycan Futbolu 2 065
Avrokuboklarda ikinci təkrar - klublarımızdan

Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qitə səhnəsinə bir il əvvəl də bu hüquqa yiyələnənlər çıxacaq. “Neftçi”, “Keşlə”, “Qarabağ” və “Sumqayıt” 2020/21 mövsümündə olduğu kimi 2021/22 mövsümündə də avrokubok həyəcanı yaşayacaq. Bu, Azərbaycan futbolu tarixində ikinci belə hadisədir ki, təmsilçilərimizin siyahısı dəyişməz qalır.

2014/15 mövsümündə “Qarabağ”, “Qəbələ”, “Keşlə” və “Neftçi” Avropada oynayıb. Bir il sonra da təmsilçi siyahısı təkrarlanıb. Belə təkrara bir də indi təsadüf olunur.

Digər Xəbərlər
Xəbər Lenti