“Qarabağ”ın müdafiəçisi Avropanın məşhur klubunu istəyir

16 Dekabr 2023 12:40 Qarabağ 6 371
“Qarabağ”ın müdafiəçisi Avropanın məşhur klubunu istəyir

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Hekken”i məğlub edərək pley-offa yüksəldikləri matçdan (2:1) sonra jurnalistlərə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi əvvəlcə oyunun çətin keçdiyini deyib:

“Gərgin oyun oldu. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik və qazandıq.

Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Çox böyük xoşbəxtlik keçiririk. Bunun davamını gətirmək üçün çalışacağıq”.

O, pley-offda arzuladığı rəqibi də qeyd edib:

“Arzum, əlbəttə ki, “Milan”la oynamaqdır. Amma fərq etməz hansı gələcək.

Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq”.

10 xalla qrupu 2-ci pillədə başa vuran “Qarabağ” 1/16 finalda “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord" (Niderland), “Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya) və ya "Şaxtyor"a (Ukrayna) rəqib olacaq.

Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"