AFFA rəsmiləri Millətlər Liqasının oyunlarına təyinat aldı

26 Noyabr 2023 10:15 Hadisə 1 039
AFFA rəsmiləri Millətlər Liqasının oyunlarına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət İsveçrə və İsveç yığmalarının Millətlər Liqasındakı oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma dekabrın 1-də Lütsern şəhərində keçiriləcək.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva isə bu turnirin Serbiya - Ukrayna görüşündə eyni vəzifəni yerinə yetirəcək. Bu matç dekabrın 5-də Stara-Pazova şəhərində gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"