“Mən “Qarabağ”la oyunda verilən bu qərarla razılaşmıram”

2 Sentyabr 2023 01:50 Qarabağ 1 596
“Mən “Qarabağ”la oyunda verilən bu qərarla razılaşmıram”

“Bakıda çox yaxşı oyun keçirdik.

Pis çıxış etdiyimiz bir ev matçından sonra sübut etdik ki, özümüzü toparlaya bilərik.

Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Olimpiya"nın baş məşqçisi Joao Enrikes Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı Bakıda keçirdikləri cavab matçı (1:1, ilk oyun - 0:2) haqda danışarkən deyib.

Mütəxəssis görüşün referisi, ispaniyalı hakim Alexandro Ernandesin qərarlarından narazı qaldığını bildirib:

"Hakimin bəzi qərarları var idi ki, razı qalmadım. Məsələn, meydan sahibləri üçün penalti qərarı verdi. Amma bu epizod şübhəli idi. Mən qərarla razılaşmıram".

O, turnirdə mübarizəni dayandırmaqlarına baxmayaraq, komandası ilə fəxr etdiyini deyib:

"Amma bunu deməliyəm ki, futbolçularımla qürur duyuram. Onlar öz işlərini gördülər.

Sübut etdilər ki, “Olimpiya”nın parlaq gələcəyi var. İndi biz Konfrans Liqasının qrup mərhələsinə hazırlaşmalıyıq.

Çox iddialıyıq. Hətta əvvəlcə Çempionlar Liqasının qrup mərhələsində, sonra isə Avropa Liqasının qrup mərhələsində oynamaq imkanımız var idi.

“Olimpiya” ilk dəfədir ki, avrokubokların qrup mərhələsinə düşür. Biz bunu istəyirdik və təbii ki, razıyıq.

Əvvəlcə “Mura” ilə ev matçımız, sonra milli komandaların oyunları ilə əlaqədar fasilə var".

Səfərdəki oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununda 1:1 hesabı ilə heç-heçə edərək Avropa Liqasının qrup mərhələsinə adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti