Özilin “Fənərbaxça”da maaşının yarısını “Arsenal” ödəyir

29 Aprel 2021 10:20 Türkiyə 425
Özilin “Fənərbaxça”da maaşının yarısını “Arsenal” ödəyir

Bu ilin yanvarında “Arsenal”dan “Fənərbaxça”ya keçən Məsut Özilin transferi ilə bağlı yeni iddia ortaya atılıb.

Sportinfo.az xəbər verir ki, Super Liqa klubu ilə 3,5 illik müqavilə imzalayan Məsutun maaşının 90 faizini “Arsenal” ödəyir.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, London klubunun 32 yaşlı yarımmüdafiəçiyə həftəlik 350 min funt-sterlinq ödədiyi bildirilib.

Özil bu mövsüm “Fənərbaxça” ilə 7 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti