UEFA "Qarabağ"ı şotlandiyalılara tapşırdı

20 Oktyabr 2020 12:30 Qarabağ 519
UEFA "Qarabağ"ı şotlandiyalılara tapşırdı

Avropa Liqasının I qrupunun ilk turunun "Makkabi" (Tel-Əviv, İsrail) - "Qarabağ" oyununa təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA görüşü şotlandiyalı hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanı Con Biton idarə edəcək. Ona Frensis Konor və Daniel Makfarlan yan xətt, Euan Anderson isə dördüncü hakim qismində yardımçı olacaq.

Hakimlərin işinə serbiyalı Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti