"Qarabağ" bu ulduzdan əlini tamamilə çəkdi

11 İyul 2020 20:40 Qarabağ 1 399
"Qarabağ" bu ulduzdan əlini tamamilə çəkdi

«Fənərbabça»nın yarımmüdafiəçisi Alper Potukun «Qarabağ»a transferi baş tutmayacaq.

Artıq bu «kitab» bağlanıb. Özü də Ağdam klubu tərəfindən.

Sportinfo.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun menecerləri Azərbaycan çempionu ilə yenidən əlaqə yaratsa da, onlara mənfi cavab verilib.

Məlum olub ki, Qurban Qurbanov qışda «Qarabağ»a gəlmək variantına isti yanaşmayan Potuku yeni transfer siyahısında qeyd etməyib.

Digər Xəbərlər
Xəbər Lenti