"Qarabağ"da yalnız 4 futbolçu bu işi görə bilib

17 Fevral 2020 13:10 Qarabağ 486
"Qarabağ"da yalnız 4 futbolçu bu işi görə bilib

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Sportinfo.az xəbər verir ki, bu, 17-ci turun “Zirə” ilə səfər matçına (6:0) təsadüf edib.

Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. Mahir Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib.

Emreli Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. O, eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.

Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir.

Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb. Mahir ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib..

Mövsüm klub oyun qol
2014/15 Bakı 16 0
2015/16 Qarabağ 16 7
2016/17 Qarabağ 21 3
2017/18 Qarabağ 24 8
2018/19 Qarabağ 26 16
2019/20 Qarabağ 14 6
Cəmi 117 40
Digər Xəbərlər
Xəbər Lenti