“Qarabağ” 5-ci gündə 2 məşq etdi

17 Yanvar 2020 01:24 Qarabağ 607
“Qarabağ” 5-ci gündə 2 məşq etdi

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, hazırlığın beşinci günü iki məşqlə geridə qalıb.

Günün ilk məşqi yerli vaxtla saat 11:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular hazırlıq prosesində fiziki təmrinləri yerinə yetirib.

Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-da start götürüb və təxminən bir saat yarım davam edib. Hazırlıqda fiziki çalışmalara üstünlük verilib. Sonda isə toplu çalışmalarla məşqə yekun vurulub.

“Qarabağ” yanvarın 17-də bir məşqlə kifayətlənəcək.

Digər Xəbərlər
Xəbər Lenti