Məşhur "Qarabağ"lının oğlundan sərt sözlər: "Sənin çörəyini yeyən şərəfsizlər..."

28 Yanvar 2023 22:20 Qarabağ 1 434
Məşhur "Qarabağ"lının oğlundan sərt sözlər: "Sənin çörəyini yeyən şərəfsizlər..."

"Qarabağ"ın yaşamasında böyük xidmətləri olan Adil Nadirovun ölümündən 5 il ötür.

Nadirov ağdamlılar üçün önəmli fiqur olub. O, bu komandanın şərəfin futbolçu kimi qoruyub, baş məşqçi kimi rəhbərlik edib.

1987-ci ildə yenidən təsis etdiyi klubda uzun müddət əsas söz sahibi olub.

Müharibə illərində və onda sonrakı çətin günlərdə komandanın ayaqda qalması üçün şəxsi imkanlarını xərcləyib. Hətta öz maşınını satan "Qarabağ" fədaisi klubun yaşaması üçün neçə-neçə imkanlı şəxslərin qapısına gedib.

Bugünkü "Qarabağ"a görə azarkeşlər ilk öncə ona borcludur. Özünə 2018-ci ilin 28 yanvar tarixinə kimi sevimli komandasının xoş günlərini görmək qismət oldu.

Məhz 5 il əvvəl bu gün sabiq klub rəhbəri əbədiyyən gözlərini dünyaya yumdu.

İl dönümündə oğlu Kamil Nadirov atası ilə bağlı sosial şəbəkə hesabından post paylaşıb.

Hazırda "Qarabağ"da işləyən Kamil bəy postunda atasına rəhmət diləməklə bərabər, kimlərinsə bostanına daş atmağı da unutmayıb.

Daşın kimlərə tuşlandığını dəqiqləşdirə bilməsək də, yazılanları olduğu kimi sizə təqdim edirik:

"Sənin çörəyini yeyən şərəfsizlər bu gün sənin qədrini bilmir, ata. Amma hər şey öz yerini alacaq. Allah sənə rəhmət eləsin, "Qarabağ" futbol klubunu yaradan kişi".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti