“Qarabağ”ın futbolçuları KİMDƏN və NİYƏ ehtiyatlanmalıdır? - VİDEO

5 Oktyabr 2022 20:00 Qarabağ 517
“Qarabağ”ın futbolçuları KİMDƏN və NİYƏ ehtiyatlanmalıdır? - VİDEO

“Qarabağ”ın “Olimpiakos”la Pireydəki qarşılaşmasında meydanda əsas söz sahibi Bosniya ve Hersoqovinalı hakim olacaq.

Baş hakim İrfan Pelitoya yan xətlərdə Damir Laziçlə Davor Belyo yardım edəcək.

Dördüncü hakim funksiyasının öhdəsindən Entoni Badiç gəlməyə çalışacaq.

38 yaşlı ədalət təmsilçisini kifayət qədər təcrübəli hesab edə bilərik.

Pelito 2015-ci ildən FİFA referisi statusunu daşıyır və bu müddətdə baş hakim qismində 67 beynəlxalq matça (36-sı klub, 31-u milli komandalar çərçivəsində) təyinat alıb. 7 ildə 67 oyun 1 il üçün orta hesabla təxminən 9 beynəlxalq görüş deməkdir ki, bu da təcrübə üçün kifayət edir.

İrfan azərbaycanlı futbolsevərlərə tanış və yaddaqalan simadır. O, bu ilin iyulun Bakıda “Qarabağ”la “Sürix” arasındakı oyunu idarə edib.

Təmsilçimizin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada bosniyalı fit sahibi qonaqların oyundankənar vəziyyətdən vurduğu qolu qeydə almaqla diqqət mərkəzinə düşmüşdü.

Odur ki, “Qarabağ”lılar onu yaxşı tanıyır, o da bizimkiləri.

Bu hakimin karyerasına göz gəzdirəndə “cəlladlığı” dərhal nəzərə çarpır. Pelto vərəqə göstərməyə hədsiz meyllidir. Hətta bəzi görüşlərdə 10-12 “sarı”ya əl atmaqla yadda qalıb.

Ümumi mənzərəyə nəzər salsaq, bosniyalı referi 67 qarşılaşmada 270 dəfə sarı vərəqəyə al atıb.

Bu isə hər oyunda orta hesabla 4 “sarı” deməkdir. Qırmızı vərəqələrin sayı isə 14-dür. Bu da hər 5 oyundanbir 1 “qırmızı” anlamına gəlir.

Yunanlarla gərgin və prinsipial qarşılaşmada “Qarabağ”lı futbolçular ehtiyatı əldən verməməlidir.

Pelitonun yunanların sevmədiyi müsəlman və türkəsilli olması hakimi əlavə təzyiq altına sala bilər ki, bunun acısını “Qarabağ”lılar çəkər.

Oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq “Olimpiakos” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti