"Qarabağ" və "Olimpiakos"da oynamış məşhur: "Səbirsizliklə gözləyirəm ki..."

20 Sentyabr 2022 03:30 Qarabağ 4 692
"Qarabağ" və "Olimpiakos"da oynamış məşhur: "Səbirsizliklə gözləyirəm ki..."

Qarabağ"ın "Nant"la görüşünün videoicmalını izlədim.

Həqiqətən də sabiq komandam çox yaxşı futbol oynadı və layiqli qələbəsini qazandı.

"Nant"la matçdakı qələbəyə görə "Qarabağ"ı təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Tarek Elyunissi deyib.

Norveç millisinin və Yaponiyanın “Şonan Belmare” klubunun üzvü Ağdam təmsilçisinin avrokuboklardakı çıxışını dəyərləndirib.

"Qarabağ"ın sabiq futbolçusunun fikrincə, onlar yer aldıqları Avropa Liqasının qrup mərhələsində uğurlu çıxış edə bilər.

Ağdam klubu ilə yanaşı “Olimpiakos”da da oynamış norveçli Avropa Liqasının üçüncü turunda bu iki komanda arasında keçiriləcək matçından gözləntilərini də bildirib:

“Qarabağ” “Nant”la matçda öz gücünü göstərdi. Əslində, onlar “Frayburq”la görüşdə də nəyə qadir olduqlarını nümayiş etdirmişdi.

“Qarabağ”ı və “Olimpiakos” klubları arasında keçiriləcək oyunları səbirsizliklə gözləyirəm. İlk görüş Pireydə keçiriləcək. Azarkeşlər orada əla atmosfer yaradır.

Ümidvaram ki, gözəl futbol görəcəyik. Əslində, “Olimpiakos” da “Qarabağ” kimi Çempionlar Liqasının qrup mərhələsinə düşməyə yaxın idi, amma bu, alınmadı.

Hər iki komandam Avropa Liqasında bir-birinə rəqibdi. Bu iki komanda arasında keçiriləcək matçı canlı olaraq stadiondan izləmək istəyərdim. Hər iki komandaya uğurlar arzu edirəm”.

​2017-ci ildə “Qarabağ” Elyunissini “Olimpiakos”dan icarəyə götürmüşdü. O, 2020-ci ildən "Şonan Belmare" klubunun üzvüdü.

Digər Xəbərlər
Xəbər Lenti