"Qarabağ" "Marsel"i məğlub edəcək" – Bosniyalı ümid edir

13 Yanvar 2022 02:20 Qarabağ 1 697
"Qarabağ" "Marsel"i məğlub edəcək" – Bosniyalı ümid edir

“Əslində, “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindən növbəti mərhələyə çıxması mənim üçün gözlənilməz olmadı.

Çünki “Qarabağ” “Omoniya” və “Kayrat”dan daha güclü komandadı. “Qarabağ” növbəti mərhələyə yüksəlməyə layiq komandadı”.

Sportinfo.az xəbər verir ki, bunu sportal.az-a açıqlamasında “Qarabağ”ın sabiq forvardı Nidal Ferhatoviç deyib.

Vaxtilə Ağdam klubunun formasını geyinmiş bosniyalı “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə görüşdəki şanslarını dəyərləndirib: “Marsel”lə oyunun çətin olacağı dəqiqdi.

​Necə olacağını oyun göstərəcək. “Qarabağ” avrokuboklarda istənilən komandaya qarşı oynaya biləcək komandadı. Çünki bundan əvvəl də güclü rəqiblərə qarşı oynayıb.

Qurban Qurbanov komandanı oyuna yaxşı hazırlayacaq. Ümidvaram ki, “Qarabağ” “Marsel”i məğlub edəcək. Onlara uğurlar arzu edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti