"Qarabağ"la oyunda daha çoxuna layiq idik"

2 Dekabr 2021 17:20 Qarabağ 453
"Qarabağ"la oyunda daha çoxuna layiq idik"

“Omoniya”nın ABŞ-dan olan futbolçusu Mikkel Diskerud Konfrans Liqasının H qrupunda “Qarabağ”la oyununu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Bakıdakı 2:2 hesablı nəticə barədə bunları deyib:

“90-cı dəqiqədə vurduğumuz qol oyunu udmağımız kimi hiss elətdirməyimizə səbəb olur. Buna qədər də biz yaxşı qol imkanlarını boşa vermişdik.

Komanda meydanda bütün gücünü qoydu. "Qarabağ"la oyunda bərabərlikdən daha çoxuna layiq idik.

Bu, vacib oyun idi. Amma bizim daha çox fikrimiz qarşıdakı turda APOEL-lə oyuna yönəlib”.

Digər Xəbərlər
Xəbər Lenti