“Qarabağ”ı bu dərəcədə MÖHTƏŞƏM görməmişdiz - Bu da bilindi

22 Oktyabr 2021 16:40 Qarabağ 1 332
“Qarabağ”ı bu dərəcədə MÖHTƏŞƏM görməmişdiz - Bu da bilindi

“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsində növbəti qələbəsini qazandı.

Ağdamlılar doğma azarkeşləri önündə hesabda 0:1 yenik duruma düşməsinə baxmayaraq, yekunda “Kayrat”ı 2:1 hesabı ilə məğlub etdi.

"Köhlən atlar” bununla da tarixi ilki reallaşdırıb.

İş burasındadır ki, Qurban Qurbanovun yetirmələri ardıcıl səkkizinci mövsümdür avrokubokların qrup mərhələsində çıxış etməsinə baxmayaraq, indiyə qədər heç vaxt ev matçında geridönüş etməyi bacarmamışdı. .

Bu, klub tarixində ilk kimi tarixə düşdü.

Daha bir ilk “Qarabağ”ın qrupdakı 3 oyuna 7 xalla başlayıb, nvbəti mərhələyə yüksəlmək şansını xeyli artırmasıdır. Bu günə qədər bu qədər xal toplamaq mümkün olmamışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti