İranlı legionerin adı Qurban Qurbanovun YENİ SİYAHISINDA

15 May 2021 09:40 Qarabağ 2 859
İranlı legionerin adı Qurban Qurbanovun YENİ SİYAHISINDA

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Sumqayıt»ın daha bir legionerini diqqət mərkəzinə alıb.

Əli Qurbanidən sonra Höccət Haqverdi təcrübəli mütəxəssisin maraq dairəsinə düşüb.

İranlı müdafiəçi caari mövsüm sərgilədiyi sabit və döyüşkən oyunla Qurbanovda özü barədə müsbət rəy yaradıb.

Ötən yay «Sumqayıt»la 1 illik müqavilə imzalayan 1993-cü il təvəllüdlü arxa xətt oyunçusu 1 ay sonra sərbəst olacaq. Yəni ki, Qurbanov ondan vz keçməsə, bu transfer «Qarabağ»a havayı başa gələcək.

Digər tərəfdən, fars futbolçunun maliyyəti elə də yüksək deyil. Düzdür, «Sumqayıt»ın prezidenti Riad Rəfiyev onu «bir müddət sonra Azərbaycan millisinə cəlb ediləcəksən» vədi ilə bura gətirib, ancaq indi Höccət yatıb yuxusunda da «Qarabağ»ı görür.

Axı Qurbanovun maraq dairəsinə düşməsindən özü də xəbərdardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti