"Mənə ehtiyacı var, bu insanlar artıq yığmada yoxdur, qayıdıram"

12 Yanvar 2021 14:00 Qarabağ 913
"Mənə ehtiyacı var, bu insanlar artıq yığmada yoxdur, qayıdıram"

"Qarabağ"ın müdaffiəçisi Donald Gerye Haiti yığmasındakı karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı cinah oyunçusu bu barədə "Haititempo" nəşrinə açıqlamasında bildirib.

Gerye yığmadan uzaqlaşmasının səbəblərindən söz açıb: "Haiti hökumətində çalışan birisi ilə futbol federasiyasının bəzi rəhbər şəxsləri barədə yaşanan problemlərimdən danışdım.

Həmin şəxs mənə dedi ki, bu insanlar artıq orada yoxdur və yenidən yığmaya qayıda bilərəm. Çünki ölkənin mənə ehtiyacı var. Ona dedim ki, bu barədə həyat yoldaşımla danışmalıyam.

Hökumət rəsmisi cavab verdi ki, mən Haitidən bir səfirəm və geri qayıtmalıyam. Həmin şəxslərin Haiti Futbol Federasiyasında olmadığını nəzərə alsaq, artıq yığmaya qayıtdığımı deyə bilərəm".

Donald Gerye 2020-ci ilin avqustunda yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti