“Bundan sonra diz çökməyəcəyəm və hər cür ayrı-seçkiliyin əleyhinəyəm”

21 Sentyabr 2021 22:00 Problem 389
“Bundan sonra diz çökməyəcəyəm və hər cür ayrı-seçkiliyin əleyhinəyəm”

“Çelsi”nin müdafiəçisi Markos Alonso bildirib ki, bundan sonra qarşılaşmalardan əvvəl rasizmə etiraz əlaməti olaraq diz çökməyəcək.

Sportinfo.az xəbər verir ki, Alonso bu ideyanın effektini itirdiyini deyib.

O, başqa variantlar haqda düşünmək lazım olduğunu vurğulayıb:

“Bundan sonra diz çökməyəcəyəm. Mən irqçiliyin və hər cür ayrı-seçkiliyin əleyhinəyəm.Amma hesab edirəm ki, "irqçiliyə yer yoxdur" işarəsini göstərmək daha məqbuldur.

Bundan digər ölkələrdə yararlanırlar. Mən də bunu etməyi üstün tuturam və təbii ki, mövqeyim barədə açıq danışmalıyam. İrqçiliyin əleyhinəyəm və hamıya hörmət edirəm.

Bu qərarım siyasətə bağlıdırmı? Bilmirəm, sadəcə, bunu etməyə üstünlük verirəm. Bu, mənim mövqeyimdir.

Bəlkə də əsas səbəb odur ki, hazırkı ideya effektini itirir. Ona görə də problem haqda başqa cür danışmaq istəyirəm. İrqçiliyə qarşı mübarizəni tam dəstəkləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"