"Neftçi" və "Qarabağ" daha tez...

28 Avqust 2020 14:22 Premyerliqa 774
"Neftçi" və "Qarabağ" daha tez...

Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli məlum olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün 4 qarşılaşma Bakıda təşkil ediləcək. Avrokuboklarda mübarizəni davam etdirən "Neftçi" və "Qarabağ"ın oyunları daha erkən - sentyabrın 11-də olacaq. Tura sentyabrın 13-də yekun vurulacaq.

11 sentyabr (cümə)

19:00. “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 19:00

21:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena"

12 sentyabr (şənbə)

19:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

13 sentyabr (bazar)

19:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”.

Digər Xəbərlər
Xəbər Lenti