"Gözləmədiyim anda "Neftçi"dən dəvət aldım"

19 Oktyabr 2020 17:10 Neftçi 836
"Gözləmədiyim anda "Neftçi"dən dəvət aldım"

"Açığı, əvvəlcə "Partizan"ı gözləyirdim, sonra "Kukesi"nin baş məşqçisi Şkender Qeqadan təklif gəldi.

Onun istəyi məni iki dəfə düşünməyə qoymadı. Üstəlik, klub uzun müddət xidmətimdə maraqlı idi. Şərtlər yerinə yetirildi, müqavilə bağladım.

Daha sonra gözləmədiyim anda "Neftçi"dən dəvət aldım. Hər şey düşündüyümdən tez baş verdi. Hazırda bu komandadayam. Özümü yeni macəraya hazır hiss edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Bruno Telüşi "Panoramasport" nəşrinə müsahibəsində "ağ-qaralar"a keçidi barədə danışarkən deyib.

"Neftçi" Telüşi ilə mövsümün sonunadək müqavilə bağlayıb. Albaniyalı futbolçu bildirib ki, əvvəlki klubu "Kukesi"dən ayrılmaq elə də çətin olmayıb:

"Müqavilmdə belə bir bənd var idi ki, daha yaxşı təklif gəlsə, gedə bilərəm. Ümumiyyətlə, rəhbərlik bu məsələdə mənə mane olmadı. Əksinə, işimi asanlaşdırdılar. Buna görə onlara təşəkkür etməliyəm".

Digər Xəbərlər
Xəbər Lenti