"Onların fikri “Qarabağ”dadır, bundan istifadə etmək lazımdır"

14 Avqust 2020 18:06 Neftçi 798
"Onların fikri “Qarabağ”dadır, bundan istifadə etmək lazımdır"

Şimali Makedoniya çempionatının ikinci turunda “Qarabağ”ın Çempionlar Liqası təsnifat mrəhləsindəki rəqibi “Sileks” evdə “Pelister”lə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, qonaq komandanın baş məşqçi Zoran Sterjovski görüş öncəsi mətbuata açıqlama verib

Vaxtı ilə “Sileks”in də çalışdıran mütəxxəsis sabiq komandasının Ağdam təmsilçisi ilə duelindən yararlanmaq niyyətində olduqlarını vurğulayıb:

"Sileks” yaxşı komandadır. Kollektiv mübarizə aparmağı bacarırlar. Onlarla görşümüz çətin olacaq. Ancaq rəqibin Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”la görüşü var. Bundan istifadə etmək lazımdır.

Çünki onların düşüncəsi həmin oyundadır. Mənə maraqlı olan “Pelister”in bu qarşılaşmada hansı nəticəni qazanmasıdır. Səfərə qələbə üçün gedirik”.

Avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti