"Neftçi" rəhbərliyini saymayan hücumçu 25 min dollar cərimələndi?

17 İyun 2020 13:12 Neftçi 639
"Neftçi" rəhbərliyini saymayan hücumçu 25 min dollar cərimələndi?

"Neftçi" rəhbərliyi 2 gün öncə "Qarabağ"ın formasında fotosu yayılan Baqali Dabonu cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun ən fəal azarkeş səhifəsi olan "Neftchi Baku [Fan Page]" məlumat yayıb.

Səhifədə futbolçunun məşqlərə buraxılmaması ilə yanaşı, 1 aylıq məvacibindən, yəni 25 min dollardan məhrum edildiyi bildirilib.

Klubun mətbuat katibi Rüstəm Allahverdiyev Dabonun məsələsi ilə bağlı açıqlamasında bu gün cəza və ya cərimənin rəsmən açıqlanacağını deyib.

Digər Xəbərlər
Xəbər Lenti