“Neftçi”nin legioneri “Qarabağ“ın formasını geyindi – GÜNÜN QALMAQALLI FOTOSU

15 İyun 2020 17:10 Neftçi 1 350
“Neftçi”nin legioneri “Qarabağ“ın formasını geyindi – GÜNÜN QALMAQALLI FOTOSU

“Neftçi”nin hücumçusu Baqali Dabonun həyat yoldaşı Tuğba gündəmə “bomba“ kimi düşəcək paylaşım edib.

Fransa türüki olan xanım ərinin “Qarabağ“ forrmasıyla çəkdirdiyi şəkli öz sosial şəbəkə profilində yerləşdirib.

Foto izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və bu da Dabonun tezliklə Ağdam klubuna keçəcəyi ilə bağlı söz-söhbətləri bərabərində gətirib.

Ancaq bu, tamamilə əsassız fikirdir. Fransız forvard Cənubi Kiprə - “Apollon“a yollanmağa hazırlaşır. Tərəflər bir müddət əvvəl anlaşıb, şərtləri razılaşdırıb, qalıb münasibətləri rəsmiləşdirmək.

Hələlik isə o, “Neftçi“nin futbolçusudur. İyulun 1-dək müqaviləsi var. Belə olan halda, Dabonun “Qarabağ“ formasıyla şəklinin çəkilib sosial şəbəekədə yayılmasına icazə verməsi məxsus olduğu kluba hörmətsizlikdir.

Onun rəhbərliklə nə problemi varsa da, belə etməli deyildi. Çünki “Neftçi“ tək Kamran Quliyev, Ceyhun Sultanov və başqalarından ibarət deyil. “Neftçi“ Azərbaycan futbolunun dəyəridir və başda Dabo olmaqla, bütün futbolçuların borcudur ki, ona ehtiramla yanaşsın.

29 yaşlı fransız legioner isə artıq neçənci dəfədir bu cür hərəkətlərlə kluba yuxarıdan-aşağı yanaşır. Gah məşqçilərlə daslaşır, gah məşqə çıxmır, gah da bazada keçirilən qapalı hazırlıq prosesindən gizli video çəkir.

Gethaget vaxtında sosial şəbəkədə yerləşdirilən bu foto isə Dabo ailəsinin “Neftçi“ni aşağılamaq cəhdi kimi qəbul olunmalıdır.

Tuğba da həyat yoldaşından geri qalmır. Adıçəkilən xanım paytaxt təmsilçisinə mənfi münasibətini heç vaxt gizlətməyib. Dabonun “Neftçi”nin “Sabah”la 1:1 etdiyi matçda ehtiyatdad qalmasına bu cür reaksiya vermişdi:

“Keçən il bu komandada ən çox kimin qol vurduğunu bilirik. Əhsən sənə. Bu nə birinci, nə sonuncu dəfədir. Biz bilirik ki, ən yaxşı sənsən. Şansı başqalarına buraxaq. Heç nə olmaz, öyrəşirik”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti