Neft şirkəti cəza kəsdi, legionerlər etiraz etdi

10 Yanvar 2020 13:26 Neftçi 1 733
Neft şirkəti cəza kəsdi, legionerlər etiraz etdi

SOCAR "Neftçi"nin əsas komandasının məşqçi və futbolçularını cəzalandırıb.

Bu barədə Sportinfo.az-a məlumat klubdan daxil olub. Redaksiyamıza verilən xəbərə görə, ölkə kubokunun ¼ final mərhələsində "Sumqayıt"a məğlubiyyət neft şirkətinin mənsubları tərəfindən hiddətlə qarşılanıb.

Buna cavab olaraq dekabr ayının ödəmələri ertələnib. Yaranmış vəziyyət oyunçuları, xüsusən legionerləri dilə gətirib. Əcnəbi futbolçular pullarının gecikdirilməsindən narazılıqlarını klub rəsmiləriylə söhbətdə yüksək tonda bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti