"Bordin qısaqol köynəkdə, Syomin isə xəz paltoda idi" - BELARUSLU FUTBOLÇU

30 Noyabr 2019 13:20 Neftçi 788
"Bordin qısaqol köynəkdə, Syomin isə xəz paltoda idi" - BELARUSLU FUTBOLÇU

"Şerif"in sabiq yarımmüdafiəçisi Yuri Kendış Belarus mətbuatına geniş müsahibə verib.

Sportinfo.az xəbər verir ki, belaruslu futbolçu Tiraspol klubunda birlikdə çalışdığı Roberto Bordin haqda da danışıb:

"Şerif"ə keçənə qədər, bütün komandalarda demək olar, 6 nömrə kimi oynamışam. Ona görə də BATE-dən ayrıldıqdan sonra çətin anlar yaşadım. Həmin vaxt "Şerif"i italiyalı Roberto Bordin çalışdırırdı. O, sadəcə, top müətəxəssisdir. Onun başçılığı altında cəmi 1-2 oyunda dayaq yarımmüdafiəçisi kimi çıxış etdim. Daha sonra mənə yaxınlaşdı və dedi ki, sənin yaxşı pressinq etmək bacarığın var. Ona görə də müdafiəmizin birinci xəttində oynayacaqsan, cinah hücumçuları və vingerləri topla sığortalayacaqsan ki, biz rəqibi təzyiq altında saxlayaq. Bir az şoka düşdüm, amma baş məşqçinin dediyi mövqeyə keçdim. Loru dildə desək, orada it kimi oynamalısan: həddindən artıq çox qaçmalı və topları götürməlisən".

Kendış "Şerif"dən ayrılmasının səbəblərindən biri kimi Roberto Bordinin gedişini göstərib: "Şerif"ə gələndə komanda Avroliqanın qrupunda oynayırdı. Məşqçilər korpusu xoşuma gəlirdi. İtaliyalı mütəxəssis qeyri-adi enerjiyə sahib idi. Yadımdadır, noyabr ayında Moskvada "Lokomotiv"ə qarşı oynayırdıq. Bordin əynindəki idman geyimini cırdı və qısaqol köynəkdə komandanı idarə etməyə başladı. Syomin isə həmin vaxt xəz paltoda idi. Növbəti mövsümdə baş məşqçi dəyişikliyi oldu. Mən isə ciddi zədə aldım. Buna görə də "Şerif"dən ayrıldım".

Qeyd edək ki, hazırda "Neftçi"nin baş məşqçisi olan Bordin 2016-2018 mövsümündə "Şerif"i çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti