Mamadu Mbodj: "Neftçi"ni, azarkeşlərimizi sevirəm, amma..."

28 Oktyabr 2019 14:10 Neftçi 878
Mamadu Mbodj: "Neftçi"ni, azarkeşlərimizi sevirəm, amma..."

"Neftçi"dən ayrılmağı düşünmürəm. Qışda komandadan gedəcəyimlə bağlı yayılan xəbər doğru deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin müdafiəçisi Mamadu Mbodj deyib. Seneqallı futbolçu Litvanın "Suduva" klubuna keçə biləcəyi ilə bağlı xəbərə münasibət bildirib:

"Bunu ilk dəfə sizdən eşidirəm. Belə bir şey yoxdur. "Neftçi" ilə müqaviləm var. Hələ ki, buradayam".

Bu mövsüm Premyer Liqada cəmi 14 dəqiqə ("Zirə"ni 3:0 hesabı ilə udduqları matçda) meydanda olan 26 yaşlı müdafiəçi ehtiyatda qalması haqda danışmaq istəmədiyini söyləyib: "Neftçi"ni, azarkeşlərimizi çox sevirəm. Ancaq vəziyyətimlə bağlı danışmaq istəmirəm. Ümid edirəm ki, sonda hər şey yaxşı olacaq".

Qeyd edək ki, Mbodj "Neftçi"yə ötən mövsümün ortasında Litvanın "Jalqris" klubundan keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti