"Neftçi" onu evləndirə bilmədiyi üçün… AYRILIQ SƏBƏBİ

19 Oktyabr 2019 23:09 Neftçi 1 060
"Neftçi" onu evləndirə bilmədiyi üçün… AYRILIQ SƏBƏBİ

"Azərbaycanda 3 ay yarım vaxt keçirdim. Yeni macəra axtarışında idim və "Neftçi"nin italiyalı baş məşqçisi komandaya kömək etməyimi istədi, dərhal qəbul etdim".

Sportinfo.az xəbər verir ki, bu sözlər yayda "Neftçi"dən ayrılan Canluka Sansoneyə məxsusdur. İtaliyalı hücumçu özünə yeni komanda tapıb.

Baş məşqçi Roberto Bordin tərəfindən bu ilin fevralında "Neftçi"yə sırınan 32 yaşlı forvard mövsüm başa çatan kimi yola salınmışdı. Həmin vaxtdan bəri işsiz olan Sansoneyə D seriyası komandası "Keriqnola" ehtiyac duyub.

Hücumçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. "Keriqnola"nın baş məşqçisi Alessandro Potenza "Neftçi"də 11 oyuna 2 qol vuran futbolçunun təcrübəsinin komandaya kömək edəcəyinə inanır.

Sansone "Neftçi"dən ayrılma səbəbini belə açıqlayıb: "Bakıda olduğum müddət mənə çətin keçdi, uyğunlaşa bilmədim. Fərqli mədəniyyət hiss edirdim. Həm də 32 yaşında evli olmamağım mənə çətinlik yaradırdı".

Digər Xəbərlər
Xəbər Lenti