“Qarabağ” bu il aşkar favorit idi, ona görə də…”

12 May 2022 21:20 Neftçi 777
“Qarabağ” bu il aşkar favorit idi, ona görə də…”

“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm.

Bu il rəqiblərdən bir baş üstün olduğunu öz oyunu və nəticələri ilə göstərdi.

İnşallah, avrokuboklarda növbəti dəfə qrup mərhələsinə vəsiqə qazanıb bizi sevindirərlər”.

Ötənlərin məşhur futbolçusu, hazırda məşqçiliklə məşğul olan Vaqif Cavadov Sportinfo.az-a açıqlamasında cari mövsümün yekunu ilə bağlı danışıb.

O, çempionatın gərgin və maraqlı keçməsini xüsusi vurğulayıb.

Sabiq “7 nömrə” vaxtilə formasını geyindiyi “Qarabağ” haqda xoş fikirlər səsləndirib:

“Qarabağ” bu il aşkar favorit idi, ona görə də çempionluğu vaxtından əvvəl təmin etdi. “Neftçi”yə gəlincə, kubokda mübarizəni erkən dayandırdı, çempion titulunu “Qarabağ”a verdi".

“Qarabağ” qızıl, “Neftçi” gümüş medalları təmin edib. “Bürünc”ün taleyinə “Zirə”, “Qəbələ” və “Sabah” mübarizəsinin yekununda aydınlıq gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti