“Neftçi”nin prezidenti: “Növbəti ildə də çempion olmaq niyyətindəyik”

11 Sentyabr 2021 20:20 Neftçi 913
“Neftçi”nin prezidenti: “Növbəti ildə də çempion olmaq niyyətindəyik”

"Biz bunu gözləyirdik. İstəklər, iştahlar artır”

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Neftçi”nin prezidenti Kamran Ağayevə məxsusdur.

O, çempionluqdan sonra yükün daha çoxaldığını sözlərinə əlavə edib:

.”5-6 il bundan əvvəl "Neftçi" demək olar ki, çökmüş vəziyyətdə olub. Ondan sonra görülən işlər bizi bu zirvəyə çıxartdı”.

Paytaxt klubunun rəhbəri daha sonra bildirib: “Biz də istəyirik ki, uğurlarımız sıralansın. Növbəti ildə də çempion olmaq niyyətindəyik.

Bəlkə ölkə kubokunu da qazanmaq qismətimizdə olacaq. Bu klubun hədəfləri həmişə böyük olub. Reallıq da var.

Premyer Liqamızda rəqabət heç də az deyil. I turun bütün nəticələrini yaxşı mütəxəssis də əvvəlcədən proqnozlaşdıra bilməz.

Komanda sayı az olsa da, çempionat maraqlıdır. Nəticələri əvvəlcədən bilmək olmur. Hər komandanın hədəfləri var.

Digər həmkarların işinə baxanda görürəm ki, onlar da uğur qazanmaq istəyir. Biz də öz potensialımızı və gücümüzü bilirik".

Digər Xəbərlər
Xəbər Lenti