"Neftçi" braziliyalı hücumçu ilə 1 illik müqavilə imzaladı

1 Sentyabr 2021 21:00 Neftçi 760
"Neftçi" braziliyalı hücumçu ilə 1 illik müqavilə imzaladı

“Neftçi” hücumçu transferini rəsmiləşdirib.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Ramon Maçado ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti