“Neftçi” aşağı yuvarlandı, finlər Bakıya gəlməli oldu

28 İyul 2021 23:10 Neftçi 773
“Neftçi” aşağı yuvarlandı, finlər Bakıya gəlməli oldu

“Neftçi” avrokubokların 2021/22 mövsümünə Avropa Liqasında davam edəcək.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”u keçə bilməyən Bakı klubu daha aşağı statuslu turnirə yollanıb.

Samir Abasovun yetirmələri Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi olacaq. Paytaxt təmsilçisi qitənin ikinci dərəcəli klub turnirinə III təsnifat mərhələsindən başlayacaq.

Çempionlar yolunda mübarizə aparacaq “Neftçi” burada Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. “Suomilər” Çempionlar Liqasının II təsnifat mərhələsində İsveç “Malmö”sünə “boyun əyib” – 1:2, 2:2.

“Neftçi” və HİK arasında ilk qarşılaşma avqustun 5-də Bakıda təşkil olunacaq. Avropa Liqasında pley-offa yollanacaq komanda ayın 12-də Helsinkidə keçiriləcək matçda bəlli olacaq.

Burada da uduzan tərəf Konfrans Liqasının pley-offunda iştirak edəcək.

“Neftçi” Yunanıstanda 0:1 hesabı ilə uduzduğu “Olimpiakos”a Bakıda da eyni nəticə ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti