"Danışıq olub, razılığa da gəlib" -“Neftçi”nin baş məşqçisi

8 Mart 2021 20:40 Neftçi 1 373
"Danışıq olub, razılığa da gəlib" -“Neftçi”nin baş məşqçisi

“Oyuna aqressiv başladıq, çoxlu qol vəziyyətləri yaratdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda “Keşlə” üzərində qazanılan 3:1 hesablı qələbə barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib: “İndiyə qədər rəqibə ən çox qol imkanı verdiyimiz oyun oldu. Sual yaranır ki, niyə bu qədər şans yaradırıq. Yolumuza davam edirik. 20 günlük fasiləyə qədər bir ev oyunumuz qalıb. Ondan sonra rahatlaşarıq”.

- İlk dəfə nominal hücumçusuz oynadınız. Sağ cinahınız da boş görünürdü. Bu, sırf tapşırıq idi?

- Bəzi məqamlar sırf bu görüşə görə tapşırıq idi. Oyunun açarı bu idi. Sırf hücumda kimin dayanmağı o qədər də önəmli deyil. Ad olaraq hücumçumuz olmasa belə, həmin mövqedə oynayanlardan bunu tələb edirik.

- Honda gəldikdən sonra onu hansı mövqedə oynatmağı düşünürsünüz?

- Baş məşqçiyə və kluba yaxşıların içinə daha yaxşısının gəlməsi xeyirli olar. Bundan əvvəl “Qəbələ”, “Sabah”la görüşlərdə təşviş yaranmışdı. Honda bu baxımdan əlverişli olar. Onun təcrübəsi sayəsində oyunu sakitləşdirmək olar. Bir neçə klubda fərqli mövqelərdə çıxış edib. Hondanın keyfiyyəti bizə problem yaratmalı deyil. Təcrübəsi hansı mövqedə olmasından asılı olmayaraq, xeyir verər. Danışıq olub, razılığa da gəlib. 90 faiz razılıq əldə olunub.

- Honda cari mövsüm üçün nəzərdə tutulub?

- Özünün istəyi də bu idi. Amma mövsümün sonunda o bizi razı salarmı, biz onun tələblərinə cavab verəcəyikmi, bunu yayda danışmaq olar. (Apasport)

Digər Xəbərlər
Xəbər Lenti