"Neftçi"nin futbolçusu həbsdən ev dustaqlığına buraxıldı - FOTO

20 Fevral 2021 16:20 Neftçi 2 129
"Neftçi"nin futbolçusu həbsdən ev dustaqlığına buraxıldı - FOTO

"Dinamo" idman cəmiyyətinin Moskva şöbəsinin keçmiş birinci müavini və "Neftçi" klubunun sabiq futbolçusu Vladimir Mixalevski həbsdən buraxılıb.

Sportinfo.az xəbər verir ki, Mixalevskinin həbs cəzası ev dustaqlığı ilə dəyişdirilib.

Vladimir Mixalevskiyə qarşı böyük miqdarda əmlakı mənimsəmə ittihamı irəli sürülüb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü bəndinə əsasən, bu norma üzrə maksimum cəza 10 ilədək həbsdir.

İstintaq şöbəsi onun idman cəmiyyətinə 21 milyon rubldan çox ziyan vurduğunu iddia edir. Amma cinayətin törədildiyi vaxt bildirilmir. Mixalevskinin günahını qəbul edib-etmədiyi də hələ dəqiqləşdirilməyib.

2019-cu ilin dekabrında axtarışa verilmiş keçmiş müdafiəçi İspaniyada ələ keçirilib. 2020-ci ilin oktyabrında İspaniya tərəfi Rusiya Baş Prokurorluğunun ekstradisiya tələbini təmin edib.

Mixalevski futbolçu karyerası ərzində Ukraynanın "SK Odessa", həmçinin Azərbaycanın "Neftçi" və "Gənclik" komandalarının formasını geyinib. "Ağ-qaralar"ın heyətində SSRİ çempionatında 185 oyun keçirmiş veteran müdafiəçi 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti