“Ermənistandan növbəti təkliflər paketini gözləyirik”

5 Noyabr 2023 02:10 Problem 668
“Ermənistandan növbəti təkliflər paketini gözləyirik”

“44 günlük Vətən müharibəsindən sonra iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müxtəlif formatlar mövcuddur”.

Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mediasiya formatlarından biri də Şarl Mişelin vasitçiliyi ilə keçirilən formatdır.

“Biz bu formatı müsbət qiymətləndiririk. Son bir neçə il ərzində bütün təklif olunan formatlara açıq olduğumuzu göstərmişik. Ölkələr öz məsuliyyətlərini dərk etməlidir. Bir məsələ aydın olmalıdır ki bu iki ölkənin – Ermənistanla Azərbaycanın məsələsidir. Biz dialoqun davam etməsində maraqlıyıq. Azərbaycan hər zaman bütün imkanları ilə bu formatın davam etməsinə çalışır. Bu yaxınlarda Tehranda 3+3 formatında görüş keçirildi. Bu görüş çərçivəsində yaranan imkanlar sayəsində Ararat Mirzoyanla 40 dəqiqədən artıq təkbətək görüşüm oldu. Kifayət qədər pozitiv görüş oldu. Hazırda Ermənistandan növbəti təkliflər paketini gözləyirik”, - deyə Ceyhun Bayramov əlavə edib.

Almaniya XİN rəsmisi Annalena Berbok sülh istiqamətində atılan istənilən addımların müsbət qiymətləndirilməli olduğunu bildirib:

“Danışıqlar üçün ortaq bir yol tapmaq üçün öz əlaqələndirici rolumuzu təklif edirik. Məndə elə təəssürat var ki, hər iki ölkə bu istiqamətdə açıqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!