Paytaxt klubu sabiq futbolçusunu transfer etdi

9 Sentyabr 2020 00:56 İspaniya 716
Paytaxt klubu sabiq futbolçusunu transfer etdi

“Atletiko” (Madrid) belçikalı futbolçu Yannik Karraskonu yenidən heyətinə qaytarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Monako”nun yetirməsi olan Karrasko “Atletiko”ya ilk dəfə 2015-ci ildə transfer olunub.

2018-ci ildə isə Madrid təmsilçisi onu Çinin “Dalyan” klubuna satıb. Belçika yığmasının üzvü bu ilin əvvəlində yenidən “Atletiko”ya qayıtmışdı. Madrid təmsilçisi onu yarım illik icarəyə götürmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti