Dünya şöhrətli müğənni futbolçu sevgilisinə milyonlar xərcləyib

24 Noyabr 2023 04:00 Hadisə 1 108
Dünya şöhrətli müğənni futbolçu sevgilisinə milyonlar xərcləyib

Müğənni Şakiranın vəkili Pau Molins "Barselona"nın keçmiş futbolçusu Cerard Pike ilə münasibəti zamanı müvəkkilinin xərcləmələrindən danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Şakiranın ehtirası ona 120 milyon avroya başa gəlib. Əgər o, Cerard Pikeyə yox, Serxio Ramosa aşiq olsaydı, bu, daha ucuz başa gələrdi", deyə vəkil bildirib.

"Deyirlər ki, bütün ispanlar bərabərdir, amma belə çıxır ki, Kataloniyada yaşayırsansa, eyni şeyi etsən də, Madriddə həbs oluna bilməyəcəyin bir cinayətə görə həbsxanaya düşə bilərsən. Çünki Madriddə sərvət vergisi yoxdur", deyə Molins əlavə edib.

Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanətinə görə futbolçunu tərk edib.

Müğənni 2012-2014-cü illər arasında İspaniya xəzinəsinə 14,5 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham olunub.

2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiranı 8 il 2 ay həbs cəzasına məhkum etməyi, həmçinin vergiləri ödəmədiyi üçün müğənnidən 23 milyon avro cərimə tələb edib. Öz növbəsində ifaçı israr edib ki, onun İspaniya hakimiyyət orqanlarına ödənilməmiş borcları yoxdur.

Müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olmadığını iddia edib.

Onun sözlərinə görə, vergi rezidenti statusunu yalnız 2015-ci ildə alıb. Şakira israrla bildirib ki, ispan prokurorları ona qarşı qarayaxma kampaniyası başladıb və şəxsi toxunulmazlıq hüququnu pozublar.

Bu günlərdə isə o, istintaqla razılaşaraq, 7,3 milyon avro cərimə ödəməklə həbsdən yayına bilib

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"