Məşqçi saxtakarlıq etdi, AFFA onu futboldan uzaqlaşdırdı

14 Dekabr 2023 08:40 Hadisə 720
Məşqçi saxtakarlıq etdi, AFFA onu futboldan uzaqlaşdırdı

AFFA İntizam Komitəsi U-13 Liqasında çıxış edən “Baku Sportinq” ilə bağlı sərt qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, buna səbəb lisenziyası olmayan Əli Hüseynov adlı futbolçunun Roman Bayandurovun adından oynaması olub.

Belə ki, o, “Baku Sporting”in ilk 9 turdakı qarşılaşmalarının hamısında meydanda olub. Buna görə həmin görüşlərdə adıçəkilən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üzə çıxan “Baku Sporting”in məşqçisi Şamil Məmmədov da 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"