“İstefa verməyəcəm”

26 Noyabr 2020 13:10 Hadisə 400
“İstefa verməyəcəm”

“Ermənistanın hazırkı hakimiyyəti baş verənlərə görə cavabdehdir, lakin onlar ölkənin gələcəyini düşünməlidirlər”.

Sportinfo.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, istefa verməyəcəyini və gələcəyin qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib.

Paşinyan bildirib ki, Baş nazir olaraq baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürür, eyni zamanda 18 noyabrda təqdim olunan fəaliyyət planının icrası da daxil olmaqla gələcəyə görə də məsuliyyət daşıyır.

Son 10 gündə Ermənistanda Fövqəladə Hallar Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərləri, müdafiə, təhsil, əmək və iqtisadiyyat nazirləri istefa veriblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"