“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Partizan” Serbiya çempionatında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Belqrad təmsilçisi 3-cü turda “Radniçki”ni qəbul edib və əzmkar qələbə qazanıb - 2:1.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran paytaxt klubu üçüncü pilləyə yüksəlib.
“Sabah”la “Partizan” arasında ilk oyun Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Cavab görüşü avqustun 17-də Belqradda keçiriləcək.