Bu hadisəyə əsəbiləşdi, “Qarabağ”a görə göstəriş verdi - FOTOLAR

27 Yanvar 2023 16:40 Hadisə 982
Bu hadisəyə əsəbiləşdi, “Qarabağ”a görə göstəriş verdi - FOTOLAR

Qış fasiləsində Antalyada keçirdiyi yoldaşlıq görüşlərindəki nəticələri ilə təəccübləndirən “Qarabağ” Premyer Liqanın 19-cu turunu qələbə ilə başa vurdu.

Ağdamlılar çətin səfər qarşılaşmasında Bəhlul Mustafazadənin son dəqiqə qolu ilə istəyinə çatdı.

Oyun başa çatandan sonra Tovuz şəhər polis idarəsinin rəis müavininin azarkeşlərin hakimləri söyməsinə görə kəskin narazılığı anlaşılan idi.

Fan klubun rəhbərinə iradlarını bildirib qarşılığında cavab alınca, Kamal adlı şəxsin polis şöbəsinə aparılmasına göstəriş verdi.

Çox keçmədən mayor yenə özündən çıxdı. Və yenə azarkeşlərə görə.

Matçın başa çatmasına baxmayaraq, tovuzlu futbolsevərlər stadionu tərk etmək istəmir, pusquda dayanmış ovçu kimi “Qarabağ”ın futbolçularının paltardəyişmə otağından çıxıb avtobusa tərəf yön almasını gözləyirdi. Təbii ki, imza alıb, şəkil çəkdirmək üçün.

Rəis müavini bir neçə dəfə ərazini boşaltmağı tapşırdı. Azarkeşlər göstərişə əməl edir, lakin çox keçmədən yenə əvvəlki mənzərə yaşanırdı.

Çıxış yolu barrikada ilə avtobusu mühasirəyə almaq oldu. Polis əməkdaşları toplu şəkildə bir yerə cəmlənərək azarkeşlərin “Qarabağ”ın futbolçularına yaxınlaşmasına imkan vermədi.

Və beləcə qonaqlar həm paltardəyişmə otağını, həm də stadionu rahat şəkildə tərk etdi.

“Qarabağ”ın ölkədə bu qədər sevilməsi, eyni zamanda tovuzluların futbola bu cür sevgi göstərməsi olduqca xoş haldır.

Ümid edək ki, ən yaxın gələcəkdə ölkədə Qurban Qurbanovun komandası kimi bir neçə komanda olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"