Qadın futbolçunun halı pisləşdi, hakim həkimlərə ağ vərəqə göstərdi - VİDEO

23 Yanvar 2023 21:40 Hadisə 416
Qadın futbolçunun halı pisləşdi, hakim həkimlərə ağ vərəqə göstərdi - VİDEO

Qadın komandalar arasında Portuqaliya kubokunda keçirilən “Sportinq” – “Benfika” matçında görüşün baş hakimi ağ vərəqə göstərib.

Sportinfo.az xəbər verir ki, oyun zamanı futbolçulardan biri özünü pis hiss edib, hər iki komandanın tibb heyəti köməyə gəlib.

Həkimlərin səyi nəticəsində futbolçu özünə gəlib. Bundan sonra isə hakim hər iki komandanın tibbi heyətinə ağ vərəqə göstərib.

Referinin bu jesti tribunaların alqışları ilə qarşılanıb.

Ağ vərəqələr Portuqaliya Futbol Federasiyasının təşəbbüsüdür. Bu vərəqə ədalətli oyun və etik hərəkətlərin təqdiri olaraq göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"